2 C
Baku
Saturday, December 14, 2024

“PAŞA Həyat” daha bir gənci rəhbərliyə gətirir

Ölkənin ən böyük sığorta şirkətlərindən biri “PAŞA Həyat” ASC-nin rəhbərliyinə yeni təyinat olacaq.

Banker.az-ın sığorta şirkətinə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, bu Fərid Abdullayev-dir. Onun İdarə Heyətinə üzv seçilməsi gözlənilir.

Bu günə qədər Abdullayev, “PAŞA Həyat”ın Risklərin idarəedilməsi departamentinin müdiri və aktuarisi vəzifəsini icra edirdi.

Fərid Abdullayev 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakultəsi üzrə Vergi işinin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavr və 2011-2013-cü illərdə Biznesin İdarəedilməsi ixtisası üzrə magistr təhsili almışdır. 2015-ci ildə DSNX tərəfindən təşkil edilmiş məsul aktuari imtahanını müvəffəqiyyətlə keçmişdir.

F.Abdullayev əmək fəaliyyətinə 2011-ci ildən “Paşa Həyat Sığorta” şirkətində başlamış və burada anderraytinq üzrə mütəxəssis, aktuariat üzrə mütəxəssis və baş mütəxəssis, məsul aktuari, aktuariat şöbəsinin müdir müavini, baş risk inzibatçısı kimi vəzifələrdə çalışmışdır.

Xatırladaq ki, PAŞA Həyat-ın İdarə Heyətinin sayı sədr də daxil olmaqla 4 nəfərdir. Burada sədr Niyaz İsmayılov, 1-ci müavin İbrahim İbrahimov və 
üzvlər Rüstəm Məmmədov, Dilara Əli qızı Babayevadır.

 

Son xəbərlər
Digər xəbərlər