8 C
Baku
Thursday, December 12, 2024

PAŞA Həyat illik xalis mənfəətini 50% artırıb

“PAŞA Həyat” Sığorta Şirkəti ASC ötən il üzrə 196,98 mln. manatlıq cəmi gəlir əldə edib.

Banker.az bu barədə Sığorta Şirkətinin 2019-cu il üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Cəmi gəlirlərinin 211,88 mln. manatı birbaşa sığorta üzrə gəlirlər, 24,96 mln. manatı investisiya gəlirləri təşkil edib. Yalnız, 40,36 mln. manatı xalis sığorta ehtiyatlarının mənfiyə doğru dəyişib.

“PAŞA Həyat” hesabat dövrü ərzində 156,74 mln. manat cəmi xərc təşkil edib, bunun, 105,36 mln. manatı əməliyyat xərcləri və 51,35 mln. manat isə işlərin aparılması üzrə xərclər təşkil edib.

Sığorta şirkəti beləliklə 2019-cu ili üzrə mənfəəti 40,24 mln. manat təşkil edib, bundan 8,22 mln manat mənfəət vergisi verib. Beləliklə şirkətin illik xalis mənfəəti 32,01 mln  manat təşkil etmişdir. 2018-ci ildə “PAŞA Həyat” 21,26 mln. manatlıq xalis mənfəət etdiyini nəzərə alsaq, növbəti 2019-cu ili xalis mənfəətini 50% artımla tamamlamalı olub.

Son xəbərlər
Digər xəbərlər