“PAŞA Həyat” Sığorta Şirkəti ASC 2022-ci ildə 39.52 milyon manat həcmində xalis mənfəət açıqlamaqla öncəki ildəkindən maliyyə göstəricilərini daha da gücləndirmiş olub.
Banker.az xəbər verir ki, bu barədə “Ekspert Finans Konsaltniq” MMC tərəfindən aparılan illik audit hesabatında qeyd edilir.
2022-ci ildə həyat sığortası bazarının əsas payçısı illik müqayisədə 11% artımla 324.83 milyon manat cəmi gəlir əldə edib. Belə ki, topladığı sığorta haqları illik 32% artımla 413.23 milyon manat, investisiya gəlirləri illik 11% artaraq 24.59 milyon manat təşkil olduğu halda, xalis sığorta ehtiyatları üzrə zərəri 160% artaraq 113.45 milyon manat olub.
“PAŞA Həyat”ın cəmi əməliyyat xərcləri 273 .27 milyon manat olub, bu öncəki il 268.21 mln. manat idi. Sığorta ödənişləri isə 215.366 min manat (illik 0.6% artım0 təşkil edib.
Şirkət rəsmi dövlət qəzetinə təqdim etdiyi hesabatda xalis mənfəət, cəmi gəlir və xərcləri ifadə edilmir.
2021-ci ildə onun xalis mənfəəti 17.71 mln. manat idi.
Beləliklə, 2022-ci ildəki xalis mənfəəti onun bölüşdürülməmiş mənfəətini 17.71 milyon manatdan 39.53 milyon manata yüksəldib. Lakin blüşdürülməmiş artımda cüzi artıma səbəb səhmdarına ödənişlər etməsidir.
Sığorta şirkəti ana şirkətə 26.25 milyon manat həcmində dividend ayırıb (Kapital bölməsində qeyd edilir). 2021-ci ildə isə 19.66 mln. manat səhmdarına dividend verib.
Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2010-cu ildə yaradılıb, Maliyyə Nazirliyinin 2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Onun 40.25 mln. manatlıq nizamnamə kapitalı “PASHA Holding” MMC-yə aiddir.