10 C
Baku
Thursday, December 12, 2024

PAŞA Həyat “Qarabağ Dirçəliş Fonduna” 100.000 AZN vəsait köçürüb

®PAŞA Həyat şirkəti “Qarabağ Dirçəliş Fonduna” 100.000 manat məbləğində vəsait köçürüb. 

Bununla bağlı şirkətin İdarə Heyəti sədri Niyaz İsmayılov açıqlama verib: “Son müharibə dövründə, ondan öncə və sonra biz PAŞA Həyat şirkəti olaraq ölkəmiz üçün həm maddi, həm mənəvi dəstəyimizi əsirgəməməyə çalışırdıq. Artıq növbəti təşəbbüsə qoşuluruq və bununla fəxr edirik. Belə ki, daha öncə dəfələrlə qeyd etdiyim kimi, bizim qarşımızda  Qarabağı dirçəltmək kimi şərəfli və məsuliyyətli iş durur. Biz Qarabağı regionun ən inkişaf etmiş bölgəsinə çevirməliyik. Ölkə, xalq olaraq hər birimiz bunun üçün çalışmalı, əlindən gələni etməlidir. Görüləcək işlər çoxdur, lakin hər kəs artıq bilir ki, Güc Birlikdədir və biz bu əzmlə düşmənin dağıtdığını qısa bir zamanda bərpa edə biləcəyik.” 

Diqqətinizə çatdıraq ki, “Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas məqsədləri: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsidir. Bu sahədə dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsi, eləcə də ölkə daxilində və xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi də Fondun məqsədləri arasına daxildir.

Sözügedən Fonda PAŞA Holding-ə daxil olan şirkətlər tərəfindən ümumilikdə artıq 2 milyon AZN ianə edilib. 

Son xəbərlər
Digər xəbərlər