“PAŞA Həyat Sığorta Şirkəti” ASC-nin Daxili audit departamentinin direktoru vəzifəsini müvəqqəti icra edən təyin edilib.
Banker.az xəbər verir ki, bu vəzifə Samir Əliyevə həvalə edilib.
O, 2024-cü ilin may ayından 2025-ci ilin dekabr ayına kimi “PAŞA Həyat Sığorta” şirkətində daxili audit üzrə menecer kimi çalışıb.
Samir Əliyev 2009–2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu, təhlil və audit ixtisası üzrə bakalavr təhsili alıb, daha sonra 2013–2015-ci illərdə eyni universitetdə magistr dərəcəsini tamamlayıb.








