7 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Həyat Sığorta”nın işçilərinin sayı artıb

31.12.2022-ci il tarixinə “PAŞA Həyat Sığorta” ASC-nin işçilərinin sayı 333 nəfər olub.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən ilin 3-cü rübündə “PAŞA Həyat Sığorta”nın işçilərinin sayı 323 nəfər təşkil edib ki, bu da müqayisədə 10 nəfərin artmasıdır.

Onu da qeyd edək ki, 2022-ci ilin 1-ci rübünə sığorta şirkətində işləyənlərin sayı 295 nəfər, 2-ci rübündə isə 310 nəfər olub.

“PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir. Səhmlərinin 100%-i “PASHA Holding” MMC-yə aiddir.

Son xəbərlər
Digər xəbərlər