“PAŞA Həyat Sığorta” ASC-nin rəhbərliyində təyinat olub.
Banker.az xəbər verir ki, Rudolfus Elisabeth Boon Adrianus sığorta şirkətinin Direktorlar Şurasının üzvü seçilib.
Bununla da Direktorlar Şurasının üzvləri sədrlə birlikdə yeddi şəxsə yüksəlib.
Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2010-cu ildə yaradılıb. Nizamnamə kapitalı 40,25 milyon manat olan şirkətin səhmləri tam şəkildə “PAŞA Holdinq” MMC-yə məxsusdur.