9 C
Baku
Wednesday, March 4, 2026

“PAŞA Həyat Sığorta”ya yeni Aparat rəhbəri təyin olunub

“PAŞA Həyat Sığorta” ASC-də yeni təyinat olub.

Banker.az-ın məlumatına görə, Sevda Əliyeva “PAŞA Həyat Sığorta” ASC-nin Aparat rəhbəri (Chief of Staff) vəzifəsinə təyin olunub.

O, 2020-ci ilin yayından 2021-ci ilin aprelinə qədər “Unibank”ın Transformasiya üzrə baş inzibatçısı kimi çalışmışdı. 2017-ci ilin fevralından 2019-cu ilin iyununa qədər “PAŞA Bank”da İnsan Resursları departementinin direktoru vəzifəsində çalışıb.

Bununla belə, “Azercell”, “Kcell” ,“Jump Marketing Agency” şirkətlərində müxtəlif vəzifələrdə işləyib.  Sevda Əliyeva BDU-da bakalavr təhsili alıb və  telekommunikasiya üzrə təhsilini Böyük Britaniyanın İnformasiya Texnologiyaları Akademiyasında davam etdirib.

Son xəbərlər
Digər xəbərlər