8 C
Baku
Friday, March 29, 2024

“PAŞA Həyat” və “İRS” nəşriyyat evi 7-ci Bakı Beynəlxalq Kitab Sərgisində

®6-10 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunan “Baku International Book Fair 2021” – 7-ci Bakı Beynəlxalq Kitab Sərgisində “PAŞA Həyat” və “İRS” nəşriyyat evi birgə əməkdaşlıq çərçivəsində nəşr edilmiş kitablarla təmsil olunur.

Məlumat üçün bildirək ki, “PAŞA Həyat” və “İRS” nəşriyyat evinin birgə fəaliyyəti nəticəsində indiyədək 13 kitab işıq üzü görüb. Bunlar nəşr olunmuş “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Gəncə – Nizami yurdu” , “Şəki – Gözəlliyin Sehri”, “Salam, Azərbaycan!”, “Qarabağın Qara Kitabı” və “Qarabağ – Qələbə Yolları ilə”  kitablarıdır.

WhatsApp Image 2021 10 07 at 11.46.59

Qeyd edək ki, “Baku International Book Fair 2021” kitab sərgisi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub. Sərgidə fərqli ölkələrdən 200-ə yaxın nəşriyyat və poliqrafiya şirkətləri iştirak edir. 

WhatsApp Image 2021 10 07 at 11.46.33

Yüksək keyfiyyətli çap məhsullarının hazırlanmasına dəstək göstərilməsi və bu tipli məhsullar ilə ölkəmizin dünyada tanıdılması, təbliği “PAŞA Həyat” şirkətinin fəaliyyətində xüsusi yer tutur. “PAŞA Həyat” şirkəti korporativ sosial məsuliyyət fəaliyyətinə daim diqqət ayırır və bu tip sərgilərdə iştirakı ilə qürur duyur.

 

Sərgi haqqında ətraflı məlumat burada.

Son xəbərlər
Digər xəbərlər