17 C
Baku
Friday, October 31, 2025

“PAŞA Həyat”ın sədrinə müavin təyin edildi

“PAŞA Həyat Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin sədrinə müavin təyin edilib.

Banker.az xəbər verir ki, bu vəzifəyə Fərid Abdullayev Mahir oğlu təyin edilib.

Fərid Abdullayev 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsi üzrə Vergi işinin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavr və 2011-2013-cü illərdə Biznesin İdarəedilməsi ixtisası üzrə magistr təhsili alıb.

O, əmək fəaliyyətinə 2011-ci ildən “PAŞA Həyat Sığorta” şirkətində başlayıb və burada anderraytinq üzrə mütəxəssis, aktuariat üzrə mütəxəssis və baş mütəxəssis, məsul aktuari, aktuariat şöbəsinin müdir müavini, baş risk inzibatçısı kimi vəzifələrdə çalışıb.

2019-cu ilin oktyabr ayından etibarən İdarə Heyətinin üzvü – Baş risk inzibatçısı olaraq fəaliyyət göstərib.

2025-ci ilin oktyabr ayından etibarən İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Son xəbərlər
Digər xəbərlər