13 C
Baku
Saturday, November 23, 2024

“PAŞA Holding” illik gəlirini açıqlayıb

31 dekabr 2021-ci il tarixi üçün “PAŞA Holding” MMC-nin cəmi Aktivləri 15.5 mlrd manat olub ki, bu da illik müqayisədə 17.4% artım deməkdir.

Banker.az bu barədə şirkətə istinadən xəbər verir.

“PAŞA Holding” MMC-nin 31 dekabr 2021-ci il tarixi üçün Ümumi Gəliri isə 1.7 mlrd manat olub, halbuki əvvəlki ilin eyni dövründə gəlirləri 1.6 mlrd manat olub. Belə ki, gəlirləri 1 ildə 6.3% artıb.

31 dekabr 2020-ci il tarixi üçün Cəmi Kapital 2.6 mlrd manat olarkən, 31 dekabr 2021-ci il tarixi üçün Cəmi Kapital 2.25 mlrd manat olub.

2021-ci ildə Azərbaycanın bank sektorunda aktivlər üzrə Bazar Payı 34.11% təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər