17 C
Baku
Tuesday, October 15, 2024

“PAŞA Holding” “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid övladlarına məktəbli ləvazimatları təqdim edib

®PAŞA Holding və Bravo supermarket şəbəkəsi 44 günlük Vətən Müharibəsində, edəcə də antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanların 18 yaşadək olan övladları üçün sosial dəstək proqramı həyata keçirir.

Proqram çərçivəsində sözügedən övladlara yeni dərs ilinin gəlməsi münasibəti ilə məktəbli ləvazimatları təqdim olunub. Belə ki, ümumilikdə layihə çərçivəsində 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra, sentyabr təxribatları zamanı və antiterror əməliyyatları zamanı şəhid olan şəxslərin 1740-a yaxın məktəbli övladı dərs ləvazimatları ilə təmin ediliblər.

Xatırladaq ki, cari proqram artıq ikinci ildir ki, davam edir. 2024-cü ildən etibarən bu proqrama antiterror əməliyyatları zamanı şəhid olan şəxslərin övladları da əlavə olunub.

2 3 scaled 3 2 scaled 4 2 scaled 5 1 scaled 6 1 scaled 7 1 scaled 8 scaled

9 1 scaled

Son xəbərlər
Digər xəbərlər