“PASHA Holding” MMC-də yeni təyinat olub.
Banker.az xəbər verir ki, Vahidə Rzayeva “PAŞA Holding”in İnsan Resursları və İnzibati işlər departamentinə direktor təyin edilib.
O, 2023–2024-cü illərdə “AzerGold QSC”də İnsan Resursları direktoru olaraq çalışmış, 2011–2022-ci illərdə “Azercell Telekom” MMC-də Təşkilati İnkişaf və Transformasiya Eksperti vəzifəsini icra etmişdir. “PASHA Holding” də fəaliyyətinə 2024-cü ildən başlamışdır.
Vahidə Rzayeva bakalavr təhsilini Azərbaycan Respublikası Prezidentinin Yanında Dövlət İdarəçilik Akademiyasında İdarəetmə ixtisası üzrə (2007–2011), magistr təhsilini isə Georgia State University (ABŞ) və Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlığında Əməliyyatların İdarəedilməsi ixtisası üzrə (2011–2013) tamamlayıb.







