14 C
Baku
Sunday, November 24, 2024

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin məzun günü baş tutub

®Bir müddət öncə, ölkədə getdikcə artan kibertəhlükəsizlik çağırışlarına cavab olaraq, “PAŞA Holding”in dəstəyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təsis edilmişdir. Sözügedən mərkəzin üçüncü məzun günü keçirilib.

Bu il məzun olan mütəxəssis sayı 60, indiyə qədər isə mərkəzdən məzun olan mütəxəssis sayı isə 120 nəfər təşkil edib. Məzunlar intensiv təlimlərdən sonra kibertəhlükəsizlik sahəsində qabaqcıl biliklərə yiyələniblər və onların 72%-i işlə təmin olunub.

“PAŞA Holding”in dəstəyi ilə Kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim iştirakçılarını ən son kibertəhlükəsizlik təhdidlərini, tendensiyaları və ən yaxşı təcrübələri əhatə edən bilik və bacarıqlarla təmin ediblər.

Qeyd edək ki, “PAŞA Holding” Azərbaycanda kibertəhlükəsizlik cəmiyyətinin böyüməsi və inkişafının dəstəklənməsinə sadiq qalır. Mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalarda tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada bilirlər.

2 4 scaled 3 3 scaled 4 3 scaled 5 2 scaled 6 scaled

Son xəbərlər
Digər xəbərlər