17 C
Baku
Sunday, May 26, 2024

“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək

Ötən il 30-a yaxın ölkədən 3000 iştirakçı, 100-dən çox spiker, 80-dən çox startap və investoru bir yerə toplayan “INMerge İnnovasiya Sammiti” 2024-cü ildə özünə daha böyük hədəflər qoyaraq hazırlıqlara start verib.

PAŞA Holding-in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Xatırladaq ki, 2023-cü ildə sammit “Apple”ın qurucularından Steve Wozniak, “Shazam”ın yaradıcısı Chris Barton, “Tesla”nın qurucu ortaqlarından JB Straubel, “FutureThink” CEO-su Lisa Bodell kimi məşhur və yaradıcı şəxsləri öz səhnəsində qonaq etmişdi. Onlarla yanaşı, ölkəmizdən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov da tədbirdəki çıxışları ilə yadda qalmışdılar.

Qeyd edək ki, hazırda 2024-cü il sammitində təsdiqlənmiş spikerlar arasında YouTube-un həmtəsisçisi Steve Chen də var.
Hazırda sammit bilet satışlarını www.inmerge.az ünvanında elan edib və biletləri 40 % endirimlə əldə etmək olar. Ətraflı məlumat əldə etmək üçün sammitin rəsmi veb-saytına və sosial media hesablarına müraciət etməyiniz kifayətdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər