-3 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Holdinq” yeni otel şirkəti yaratdı

Azərbaycanda “Baku Vinter Hotel Company” MMC adlı şirkət təsis edilib.

Banker.az xəbər verir ki, “Baku Vinter Hotel Company” MMC-nin qanuni təmsilçisi Səidə Baxşiyeva Əflatun qızıdır.

O, bir qədər əvvəl fəaliyyətini dayandırmış “Bakı-XXI Əsr” MMC-nin direktoru olub.  Səidə Baxşiyeva “Shahdag Hotel Company”, “Yeni İntourist Hotel Company”, “Yeni Bilgəh Hoteli”, “Baku Boulevard Hotel Company” və “Baku Hospitality Company” şirkətlərinin də rəhbəridir. Bu şirkətlər “Absheron Holtel Group”a daxildirlər.

“Baku Vinter Hotel Company” MMC-nin nizamnamə kapitalı 1 000 manatdır və hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər PR ev.153.-də fəaliyyət göstərəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər