5 C
Baku
Friday, March 29, 2024

“PAŞA Holdinq” yeni şirkət yaradıb

Vergilər Nazirliyi “Keystone Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alıb.

Report agentliyi nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı “PAŞA Holding” MMC-lə ilə eyni – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 (“Port Baku”), nizamnamə kapitalı 100 ABŞ dolları, qanuni təmsilçisi isə Zaur Nəbi oğlu Məlikovdur.

O, həm də holdinqə daxil olan “PAŞA Bank” ASC-nin Böyük Kredit Komitəsinin üzvü, “PAŞA İnvestment” MMC-nin investisiya üzrə kiçik meneceridir. 

Son xəbərlər
Digər xəbərlər