“PASHA Holding” MMC-nin ən yaşlı törəmə şirkətlərindən birinə yarandığı gündən rəhbərlik edən Rendolf Skot (Randolph Scott) vəzifəsindən istefa verib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
Məlumata görə, o, bu günə qədər “PAŞA İnşaat” MMC-nin (PASHA Construction) baş icraçı direktoru idi.
Onun istefasından sonra bu posta Nigar Əliyeva təyin edilib.
N.Əliyevaya isə 2015-ci ildən “PASHA Holding”in komandasına qoşulub. İlk olaraq 2015-ci ildə “PAŞA İnşaat” MMC, 2017-ci ilin oktyabrından “Azərbaycan Supermarket” MMC (Bravo Supermarket) və 2019-cu ildən yenidən “PAŞA İnşaat” MMC-yə qayıdıb.
2021-ci ilin oktyabrından “PAŞA İnşaat”da baş maliyyə inzibatçısı kimi çalışırdı.
“PAŞA İnşaat” 2005-ci ildə holdinqin tikinti üzrə təsis etdiyi şirkətdir. Onun nizamnamə kapitalı 10.42 milyon manat üzərindədir. Tikinti şirkəti Azərbaycanda kommersiya və yaşayış binalarının tikintisi sahəsində ixtisaslaşan şirkətdir və bir sıra əsas məkanlarda həm fərqli arxitektura, həm də tikinti-inşaat işlərinin keyfiyyəti baxımından sayılıb-seçilən layihələrə ilə fərqlənib.