16 C
Baku
Thursday, April 24, 2025

PAŞA Kapital 2024-cü ildə gəlirini 42% artırıb

®Fəaliyyətdə olduğu 2012-ci ildən etibarən ölkənin kapital bazarlarının inkişafına daim töhfə verən PAŞA Kapital İnvestisiya Şirkəti 2024-cü ili yüksək maliyyə nəticələri ilə yekunlaşdırdı.

Şirkətin 2024-cü il üzrə il üzrə açıqladığı maliyyə hesabatına əsasən ötən illə müqayisədə əsas göstəriciləri aşağıdakı şəkildə öz əksini tapıb:

  • Gəlir: 11 milyon manat, 42% artım;
  • Məcmu kapital: 16 milyon manat, 19% artım;
  • Dövlət istiqrazları üzrə bazar payı: 53%, 8 milyard manat ticarət həcmi;
  • Korporativ istiqrazlar üzrə bazar payı:5%, 1.3 milyard manat ticarət həcmi;
  • Anderraytinq: 559 milyon manat ilkin yerləşdirmə həcmi, 185% artım;
  • İnvestisiya qiymətli kağızlar üzrə portfel: 34 milyon manat, 30% artım.

Əlavə olaraq qeyd edək ki, PAŞA Kapital İnvestisiya Şirkətinin 2024-cü ildə aktivləri 64 milyon manat təşkil edib.

2023-cü illə müqayisədə şirkətin faiz gəlirləri 2,2 dəfə artaraq 4 milyon 544 min manat olub. Həmçinin qeyri-faiz gəlirlərində də 17,4% artım olaraq, ümumi məbləğ 6,7 milyon manat təşkil edib.

Uzun illərdir ki, bazardakı lider mövqeyini qoruyan PAŞA Kapital müştərilərinə aşağıdakı geniş çeşidli xidmət və məhsulları, innovativ həlləri təqdim edir:

  • Brokerlik;
  • Anderraytinq;
  • Marja Ticarəti;
  • Market Meykinq və Maliyyə Məsləhətləri;
  • Portfel İdarəçiliyi.

PAŞA Kapital ilə siz də müasir dövrün dəbi – investisiya dünyasına qoşularaq, yerli və qlobal maliyyə bazarlarında 3000-dən çox alət ilə ticarət edə bilərsiniz. Şirkətin xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün 1548 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər