17 C
Baku
Sunday, April 14, 2024

“PAŞA Kapital” 35 milyon dollar həcmində istiqrazların yerləşdirilməsini həyata keçirəcək

®“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən Bakı Fond Birjasında “Kapital Bank” ASC-nin, subordinasiya olunmuş, sənədsiz, adlı, faizli və təmin edilməmiş istiqrazları yerləşdiriləcəkdir.

Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 ABŞ dolları, ümumi həcmi 35 000 000  ABŞ dolları, tədavül müddəti 7 il təşkil edir. PAŞA Kapital İnvestisiya Şirkəti vasitəsilə əldə edə biləcəyiniz bu istiqrazlar investorlara illik 7% gəlirlilik təqdim edir. Kupon faizlərinin ödənişi hər 90 təqvim günün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq həyata keçiriləcəkdir. İstiqrazlar Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdiriləcəkdir. Abunə yazılışının başlanma tarixi isə ən azı 1 iş günü qalmış açıqlanacaqdır. Qeyd edilmiş qiymətli kağızlarla maraqlanan və abunə yazılışında iştirak etmək istəyən investorlar istiqrazların anderrayteri olan PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edə bilər.

Müraciət üçün əlaqə nömrəsi: 1548

Son xəbərlər
Digər xəbərlər