17 C
Baku
Sunday, May 26, 2024

“PAŞA Kapital” 35 milyon dollarlıq istiqraz emissiyasını uğurla həyata keçirdi

Kapital Bank-ın ümumi dəyəri 35 000 000 (otuz beş milyon) ABŞ dolları olan AZ2008005152 qeydiyyat nömrəli Bakı Fond Birjasında  premium bazar seqmentində listinqdə saxlanılan və yüksək gəlirlilik təklif edən istiqrazlarının yerləşdirilməsi 17 aprel 2024-cü il tarixində başa çatıb.

“Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata keçirilmiş yerləşdirmədə hərrac zamanı 9 hüquqi və 95 fiziki olmaqla, 104 investor tərəfindən qiyməti 100 (7%) ABŞ dolları olan 104 sifariş təqdim edilib. Sifarişlərin ümumi məbləği 35 000 000 ABŞ dolları təşkil etmişdir.

104 investorun iştirak etdiyi yerləşdirmədə, hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 6,352,300.00 ABŞ dolları (18,2 %), fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 28,647,700.00 ABŞ dolları (81,8 %) təşkil etmişdir. Xüsusi olaraq vurğulamaq istərdik ki, fiziki şəxslər tərəfindən təqdim edilmiş sifarişlərin həcmi son iki il ilə müqayisədə cari ilin emissiya həcmi nisbətinə əsasən rekord nəticə hesab olunur. Ən yüksək marağın fərdi investorlar arasında olması, qiymətli kağızlara olan investisiya əməliyyatında pozitiv bir dinamikaya, artan inkişaf potensialına və bir neçə müsbət təsirlərə səbəb olmuşdur.

İstiqrazların nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7%, faiz ödəniş dövrü hər 90 gündən bir, tədavül müddəti isə 7 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Yüksək gəlirlilik təklif edən Kapital Bank istiqrazları banka məxsus kütləvi təklif olunan ilk subordinasiya istiqrazlarıdır. Aktivlərin davamlı böyüməsini dəstəkləməyə, adekvatlıq əmsalını yüksək həddə saxlamağa və ümumilikdə uzunmüddətli strateji hədəflərə çatmağa xidmət edən subordinasiya istiqrazları vətəndaşlar üçün etibarlı və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da mühüm töhfədir. Uğurlu yerləşdirmənin davamı olaraq Kapital Bank və PAŞA Kapital Azərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi və investorlara yeni investisiya məhsulları təklif etməyi hədəfləyir.

On ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən PAŞA Kapital PAŞA Holding-ə daxildir və yerli, eləcə də beynəlxalq investorlar daxil olmaqla, fərdi və korporativ müştərilərə investisiya xidmətləri göstərir. Həmçinin qeyd edək ki, brokerlik, portfelin idarə edilməsi, anderraytinq, maliyyə məsləhətləri və tədqiqat, eləcə də marja ticarəti sahəsində öz xidmətlərini təklif edir. Belə ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, gələcək illər üçün də investisiya xidmətlərinin daha geniş investor kütləsi üçün əlçatan olmasını əsas prioritet istiqamət olaraq müəyyənləşdirmişdir.

 

Əlaqə və xidmətlər haqqında məlumat üçün: https://www.pashacapital.az/

Hesab açılışı ilə bağlı isə aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz:

Broker hesabı açılışı üçün: https://www.pashacapital.az/trading/broker-hesabi-ac

Marja ticarət hesabı açılışı üçün: https://www.pashacapital.az/fx/lp/real-hesab-ac

Son xəbərlər
 ⁠
Digər xəbərlər