®Azərbaycan kapital bazarlarının lider investisiya şirkəti olaraq 15 ilə yaxındır ki, fəaliyyətini uğurla davam etdirən PAŞA Kapital, 2025-ci ilin yanvar-sentyabr aylarının nəticəsinə əsasən birincilik mövqeyini daha da gücləndirib.
Bakı Fond Birjası tərəfindən açıqlanan hesabatda PAŞA Kapital 36 milyard 388 milyon manatdan artıq dövriyyə həcmi ilə ilk pillədə qərarlaşıb. Eyni zamanda, Mərkəzi Bankın notları, Repo, Dövlət və Korporativ istiqrazlar bazarlarında aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqlənib.
Kapital bazarlarının inkişafına davamlı töhfə verən PAŞA Kapital İnvestisiya Şirkətinin 2025-ci ilin yanvar–sentyabr ayları üzrə göstəriciləri, ötən ilin eyni dövrü ilə müqayisədə diqqətçəkici artım nümayiş etdirir:
- Ümumi dövriyyə həcmindəki 82% artım, şirkətin 45%-lik bazar payı ilə liderlik mövqeyini təsdiqləyib;
- Dövlət istiqrazları bazarında dövriyyə həcmi 181% artaraq rekord nəticə göstərib;
- Korporativ istiqrazlar bazarındakı dövriyyənin 35% artımı qeydə alınıb;
- Repo əməliyyatlarındakı 74%-lik artım bazarın aktivliyini nümayiş etdirib.
Həmçinin, korporativ istiqrazlar bazarında 1 milyard 343 milyon manat ticarət dövriyyəsi, Mərkəzi Bankın notları üzrə 697 milyon manat, Maliyyə Nazirliyinin istiqrazları üzrə 9 milyard 604 milyon manat və səhmlər bazarında 4.6 milyon manatdan artıq əməliyyat qeydə alınıb.
Azərbaycanın aparıcı investisiya şirkəti olan PAŞA Kapital, yerli kapital bazarlarında hüquqi və fiziki şəxslərə brokerlik, anderraytinq, portfel idarəçiliyi, maliyyə məsləhətləri və tədqiqat xidmətləri üzrə geniş spektrli həllər təqdim edir.
Əlavə olaraq, qlobal maliyyə bazarlarında aktiv ticarət imkanları ilə maraqlanan investorlar üçün PAŞA Kapital Ticarət Platforması vasitəsilə 3000-dən çox alətdən istifadə etməklə müxtəlif investisiya fürsətlərini əlçatan edir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.








