® Bakı Fond Birjası tərəfindən açıqlanan statistikaya əsasən “PAŞA Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti, 2023-cü ilin yanvar-iyun aylarında ticarət edən digər birja üzvlərindən üç dəfə çox olmaqla, 6 milyard 246 milyon 392 min 671 manat dövriyyə ilə Azərbaycan bazarında liderlik mövqeyini saxlamaqda davam edir.
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, vasitəçilik, investisiya məsləhətləri və anderraytinq kimi müxtəlif investisiya imkanları üzrə ixtisaslaşan aparıcı investisiya şirkətidir.
Şirkət, yüksək keyfiyyətli vasitəçilik xidməti ilə investorlara Bakı Fond Birjasınnın ilkin və təkrar bazarına çıxışı, yerli bazarda birjadankənar əqdlərin bağlanması, xarici fond bazarlarında investisiya əməliyyatlarının aparılması və əlavə olaraq REPO sövdələşmələrinin təşkili üzrə uğurlu təcrübəyə malikdir.
Qeyd olunan dövr üzrə şirkətin qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətləri üzrə bütün seqmentlərində – Anderraytinq, Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Korporativ istiqrazlar və Repo bazarında ən çox əməliyyat həcmi ilə öz lider mövqeyini qoruyub saxlamağa müvəffəq olmuşdur. Ümumilikdə, PAŞA Kapital 2023-cü ilin yanvar-may ayları üzrə bazar payı 46% faizə yaxın olmuşdur.
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, Azərbaycan bazarında liderlik mövqeyini qorumaqla, yerli bazarda investisiya imkanları axtaranlar üçün etibarlı tərəfdaş olmağa davam edir.