24 C
Baku
Monday, October 13, 2025

PAŞA Kapital “FINCA Azerbaijan”-ın 3 milyon manat həcmində istiqrazlarını uğurla yerləşdirdi

®Dövlət və korporativ istiqrazlar üzrə 15 ildən artıqdır ki, liderliyini qoruyan PAŞA Kapital, anderrayter kimi iştirak etdiyi növbəti istiqraz emissiyasını uğurla həyata keçirib.

“FINCA Azerbaijan” tərəfindən buraxılan, hər birinin nominal dəyəri 100 AZN, ümumi məbləği isə 3 000 000 AZN həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların yerləşdirilməsi 10 oktyabr 2025-ci il tarixində başa çatmışdır.

Bakı Fond Birjasının ticarət platformasında həyata keçirilən yerləşdirmə zamanı istiqrazlara ən yüksək maraq fiziki şəxslər tərəfindən göstərilib. Ümumilikdə 56 sifariş daxil olub ki, onlardan 53-ü fiziki, 3-ü isə hüquqi şəxslər tərəfindən təqdim edilib. Sifarişlərin ümumi məbləği istiqraz buraxılışının həcmi olan 3 000 000 AZN-ə bərabər olub.

Yerləşdirilən sifarişlərin ümumi həcm bölgüsü aşağıdakı kimi qeydə alınıb:

  • Fiziki şəxslər: 645 300 AZN; 21,51%
  • Hüquqi şəxslər: 2 354 700 AZN; 78,49%

İstiqrazları hərrac zamanı əldə edə bilməyən şəxslər təkrar bazarda iştirak edərək istiqraz sahibi ola bilər. “FINCA Azerbaijan” istiqrazları üzrə faiz (kupon) ödənişləri 10 oktyabr 2025-cü il tarixindən hesablanmağa başlanılıb və ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.

emissiya 3  emissiya 2

Son xəbərlər
Digər xəbərlər