11 C
Baku
Monday, February 3, 2025

PAŞA Kapital ilə SOCAR istiqrazlarına komissiyasız investisiya fürsəti

®PAŞA Kapital investorlara SOCAR istiqrazlarının abunə yazılışı müddətində illik 2% gəlir əldə etmək və komissiyasız xidmətdən faydalanmaq imkanı təqdim edir.

Belə ki, 25.02.2025-ci il tarixinədək SOCAR istiqrazları üzrə abunə yazılışına qoşulan investorlar vəsaitlərinin daxil olduğu gündən 04.03.2025-ci il tarixinədək olan müddətdə PAŞA Kapital-dan illik 2% gəlir əldə edəcəklər. Yəni, məsələn, 03 fevral tarixində abunə yazılışı üçün PAŞA Kapitala müraciət edirsiz, vəsaitinizi yerləşdirirsiz və 04 mart tarixinə qədər olan müddətdə o vəsaitin üzərinə illik 2% gəlir qazanırsız. 

İnvestorların abunə yazılışı müddətində qazanacaqları faiz gəlirləri 07.03.2025-ci il tarixindən sonra hesablarına köçürüləcək.

Xüsusi olaraq qeyd edək ki, fiziki şəxslər SOCAR istiqrazlarının alışı zamanı aşağıdakı xərclərdən tam azaddır:

  • Depo hesabın açılışı;
  • Broker komissiyası;
  • Bakı Fond Birjasının komissiyası.

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayteri olduğu SOCAR istiqrazlarının əsas xüsusiyyətləri aşağıdakı kimidir:

  • Nominal dəyər: 1 000 ABŞ dolları;
  • Gəlirlilik faizi: illik 6%;
  • Kupon ödənişi: rüblük;
  • Tədavül müddəti: 5 il;
  • Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş.

“Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı ilə təqdim edilən bu istiqrazları əldə etmək istəyən şəxslər 28 fevral 2025-ci il tarixinədək PAŞA Kapital-ın onlayn müraciət platforması – https://www.pashacapital.az/trading/socar vasitəsilə müraciət edərək abunə yazılışında iştirak edə bilər. 

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz. 

Son xəbərlər
Digər xəbərlər