3 C
Baku
Bazar, Noyabr 28, 2021

PAŞA Kapital investisiya şirkəti “Azərbaycan Supermarket” MMC-nin 10 milyon manatlıq istiqraz buraxılışını həyata keçirdi

Doqquz ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən PAŞA Kapital İnvestisiya Şirkəti anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı uğurla tamamladı.

Hərrac yekunlarına əsasən istiqrazlar investorlar tərəfindən böyük marağa səbəb oldu. Belə ki, təklif edilən həcm 10 milyon manat olsa da sifarişlərin nominal qiymətlə ümumi məbləği 27 milyon manat təşkil etmişdir.

Hərrac nəticəsində istiqrazların kəsmə qiyməti 1,032.4225 AZN (9.25%), orta ölçülmüş qiyməti 1,039.9676 AZN (8.9658%) müəyyən edilmişdir.

Qeyd edək ki, istiqrazın illik faiz dərəcəsi 10.5 % , faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.

PAŞA Kapital İnvestisiya Şirkəti 2012-ci ilin iyun ayında yaradılmış və 2021-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında  əməliyyat dövriyyəsini təqribən 10.2 milyard manata çatdırmaqla bu göstəriciyə görə ölkənin ən iri investisiya şirkətinə çevrilmişdir. Şirkət müştərilərə vasitəçilik, anderraytinq, marja ticarəti və digər investisiya xidmətləri təklif edir. Qeyd edək ki, şirkət “CBONDS” beynəlxalq maliyyə agentliyi tərəfindən “İlin ən uğurlu ilkin bazar yerləşdirməsi” mükafatına layiq görülmüşdür.

b2 1

b3 1 b4

 

Son xəbərlər
Oxşar xəbərlər
X