16 dekabr 2021-ci il tarixində PAŞA Kapital şirkəti növbəti istiqraz emissiyasını həyata keçirəcəkdir.
“Bank Respublika” istiqrazları, hər birinin nominal dəyəri 1 000 manat olmaqla 10 000 ədəd satışa çıxarılacaq. İllik faiz dərəcəsi 8,5% olmaqla rəqabətli hərrac üsulu ilə Bakı Fond Birjasında təklif olunacaq istiqrazlar üzrə faiz ödənişləri 2 il müddətində hər 6 aydan bir ödəniləcəkdir. Buraxılışın anderrayteri PAŞA Kapital İnvestisiya Şirkəti QSC-dir. Hərracda iştirak etmək istəyən investorlar 15 dekabr 2021-ci il tarixi günün sonuna qədər sifarişlərini PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə təqdim edə bilərlər.
Müraciət üçün: +994 12 493 33 66