®16 dekabr 2021-ci il tarixində “Bank Respublika” ASC tərəfindən emissiya edilən, hər birinin nominal dəyəri 1 000 manat olan, 10 000 ədəd təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazların yerləşdirilməsi üzrə Bakı Fond Birjasında keçirilən rəqabətli hərrac uğurla başa çatmışdır.
Buraxılışın anderrayteri PAŞA Kapital İnvestisiya Şirkəti QSC tərəfindən hərraca çıxarılan istiqrazlara olan tələbat təklifi üstələmiş və nəticədə istiqrazlar üzrə orta ölçülmüş gəlirlilik 8,3 faiz təşkil etmişdir. Ümumilikdə hərracda 6 investor iştirak etmiş və onlar tərəfindən təqdim edilən sifarişlərin həcmi 13 milyon manat olmuşdur.
Xatırladaq ki, qeyd olunan istiqrazlar 2 (iki) il müddətinə buraxılır və onlar üzrə investorlara hər 6 aydan bir, illik 8,5 faiz dərəcəsi ilə kupon ödənişləri ediləcəkdir. İstiqrazlar ən qısa müddətdə Bakı Fond Birjasında tədavülə buraxılacaqdır və onları təkrar bazarda əldə etmək istəyən investorlar bilavasitə PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edə bilər.
Birdiririk ki, PAŞA Kapital İnvestisiya Şirkəti QSC ölkənin ən iri investisiya şirkəti olaraq 2021-ci və əvvəlki illərdə olduğu kimi gələcəkdə də bu cür uğurlu anderraytinq layihələrə imza atmağı hədəfləyir.