Zaur Umbayev “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsinə təyin edilib.
Banker.az xəbər verir ki, Zaur Umbayev ali təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kompüter riyaziyyatı ixtisası üzrə bakalavr səviyyəsində fərqlənmə diplomu ilə başa vurub. Hal-hazırda o, Böyük Britaniyanın York Universitetində “Executive MBA” proqramı üzrə təhsilini davam etdirir.
Peşəkar fəaliyyətinə 2009-cu ildə proqramçı kimi başlayan Zaur Umbayev müxtəlif nüfuzlu qurumlarda çalışaraq zəngin təcrübə qazanıb. O, “Smart Systems Technology” MMC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “PAŞA Sığorta” ASC və “Azericard” MMC-də baş proqramçı vəzifəsində fəaliyyət göstərib. Daha sonra isə Azərbaycan Respublikası Dövlət Neft Fondunda və Azərbaycan Beynəlxalq Bankında (ABB) müxtəlif rəhbər vəzifələrdə işləyib.
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən həyata keçirilən bu təyinat şirkətin informasiya texnologiyaları sahəsində strateji inkişafını dəstəkləmək və innovativ yanaşmaların tətbiqini genişləndirmək məqsədi daşıyır.