®10 iyun 2024-cü il tarixində “Kapital Bank” ASC-nin 50 000 000 manat həcmində istiqrazlarının yerləşdirilməsi həyata keçiriləcək. Qiymətli kağızların əsas xüsusiyyətləri: sənədsiz, adlı, faizli, təmin edilməmişdir.
Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, sayı 500 000 ədəd, tədavülü 1 ildir. Qiymətli kağızların gəlirliliyi 10% təşkil edəcək və investorlara ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödəniləcək.
İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi, abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. “Kapital Bank” ASC-nin istiqrazları üçün abunə yazılışı 3-7 iyun 2024-cü il aralığı təyin edilib. Emissiyanın anderrayteri qismində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir. Qeyd edilmiş qiymətli kağızlara investisiya imkanı ilə maraqlanan investorlar “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə müraciət edə bilər.
Müraciət üçün əlaqə nömrəsi: 1548