18 C
Baku
Monday, April 29, 2024

“PAŞA Kapital” liderlik mövqeyini qorumaqdadır!

®Bakı Fond Birjası tərəfindən açıqlanan statistikaya əsasən “PAŞA Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti, 2023-cü ilin yanvar- avqust aylarında keçən ilin yanvar – avqust  ayları ilə müqayisədə 88% artım göstərərək, 10 milyard 402 milyon 327 min 171 manat dövriyyə ilə Azərbaycan bazarında liderlik mövqeyindədir. 

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC,  vasitəçilik, investisiya məsləhətləri və anderraytinq kimi müxtəlif investisiya imkanları üzrə ixtisaslaşan aparıcı investisiya şirkətidir.

Şirkət, yüksək keyfiyyətli vasitəçilik xidməti ilə investorlara Bakı Fond Birjasınnın ilkin və təkrar bazarına çıxışı, yerli bazarda birjadankənar əqdlərin bağlanması, xarici fond bazarlarında investisiya əməliyyatlarının aparılması və əlavə olaraq REPO sövdələşmələrinin təşkili üzrə uğurlu təcrübəyə malikdir.

Qeyd olunan dövr üzrə şirkətin qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətləri üzrə bütün seqmentlərində – Anderraytinq, Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Korporativ istiqrazlar və Repo bazarında ən çox əməliyyat həcmi ilə öz lider mövqeyini qoruyub saxlamağa müvəffəq olmuşdur. 

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, Azərbaycan bazarında liderlik mövqeyini qorumaqla, yerli bazarda investisiya imkanları axtaranlar üçün etibarlı tərəfdaş olmağa davam edir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər