“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin müştəriləri 2023-cü ildə 1 milyon 156 min manat marja ticarətindən (əmtəə, valyutalar və digər törəmə alətləri üzrə) gəlir əldə ediblər.
Banker.az xəbər verir ki, bunu “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Ceyhun Hacıyev keçirdiyi mətbuat konfrasında deyib.
Bu da hazırki məzənnə ilə 680 min dollarlıq ekvivalentdir.
Bununla belə, o, marja ticarətində 60%-nin mənfəətdə, 40%-nin isə zərərdə olduğunu açıqlayıb.
“PAŞA Kapital” rəhbəri bildirib ki, hazırda aylıq 1 500 müştəri marja ticarəti ilə məşğuldur və onların 400-ü aktiv istifadəçilərdir.