28 C
Baku
Wednesday, June 25, 2025

PAŞA Kapital Silk Vey Vest Aviaşirkətinin II tranşı üzrə istiqrazlarını yerləşdirdi

®20 iyun 2025-ci il tarixində Bakı Fond Birjasında PAŞA Kapital-ın anderrayterliyi ilə Silk Vey Vest Aviaşirkətinə məxsus 10 milyon ABŞ dolları dəyərində istiqrazların II tranşı üzrə yerləşdirilməsi uğurla yekunlaşıb.

Silk Vey Vest Aviaşirkətinə məxsus hər biri 1 000 ABŞ dolları nominal dəyərində olan istiqrazların yerləşdirilməsi üzrə keçirilmiş hərracın nəticələrinə əsasən:

  • Sifariş yerləşdirən investorların sayı 50 fiziki2 hüquqi şəxs olmaqla ümumilikdə 53 sifariş sayı təşkil etmişdir;
  • PAŞA Kapital vasitəsilə 49 sifariş yerləşdirilmiş və onların ümumi həcmi 10,170,481.37 ABŞ dolları olmuşdur;
  • Digər investisiya şirkətləri tərəfindən 3 sifariş təqdim olunmuş və ümumi məbləğ 32 000 ABŞ dolları təşkil etmişdir.

Rəqabətli hərracın nəticəsi olaraq formalaşmış əsas qiymət göstəriciləri:

  • Kəsmə qiyməti: 1 000.0000 ABŞ dolları (illik gəlirlilik – 5.50%)
  • Orta çəkili qiymət: 1 020.2481 ABŞ dolları (illik gəlirlilik – 4.77%)

PAŞA Kapital vasitəsilə Silk Vey Vest Aviaşirkətinin tədavül müddəti 3 il olan istiqrazlarını əldə edən investorlar rüblük ödəniş əsasında illik 5.5%-dək gəlir qazanacaqlar.

Silk Vey Vest istiqrazlarının ikinci tranşı üzrə keçirilən bu yerləşdirmə zamanı fiziki şəxslərin aktiv iştirakı bir daha sübut etdi ki, yerli kapital bazarlarında fərdi investorların marağı artmaqda davam edir. Bu tendensiya PAŞA Kapital tərəfindən son dövrlərdə həyata keçirilən digər uğurlu istiqraz layihələrində də öz əksini tapır.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.

508382875 1692873018100427 2302951003659739663 n

image002 4

Son xəbərlər
Digər xəbərlər