25 C
Baku
Wednesday, May 29, 2024

“PAŞA Kapital” vasitəsilə “ASCO” istiqrazlarının ikinci tranşına abunə yazılışı başlayıb

®“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilən 50 min ədəd  ümumi məbləği 50 milyon  ABŞ dolları təşkil edən istiqrazlara  abunə yazılışı 18 fevral 2024-cü il tarixində bitəcəkdir.

Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1 000 ABŞ dolları, ümumi həcmi 50 milyon ABŞ dolları, tədavül müddəti 5 il, illik faiz dərəcəsi 6 faiz təşkil edir.
İstiqrazları məhdudiyyət olmadan həm fiziki, həm də hüquqi şəxslər əldə edə, bununla da ASCO istiqrazlarının investoru ola bilərlər. Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ölkəmizdə uğurla fəaliyyət göstərən şirkətlərdən biridir. Belə ki, şirkət, ötən il mənfəət üzrə rekord göstəricilərə nail olub. 

İlkin bazarda ASCO istiqrazlarını əldə etmək istəyən investorlar istiqrazın Anderrayteri – PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edərək abunə yazılışında iştirak etməlidir. 

Qeyd edək ki, 10 ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, ASCO istiqrazlarının anderrayteri olaraq 29 dekabr 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinə qədər abunə yazılışını davam etdirmişdir. Abunə yazılışı üzrə sifarişlərin nominal qiymətlə ümumi məbləği 114 milyon ABŞ dolları təşkil etmişdir. Belə ki, hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 89,1 faiz, fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 10,9 faiz təşkil etmişdir. Bölüşdürülmə nəticəsində istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 100 milyon ABŞ dolları təşkil etmiş və emissiya uğurla tamamlanmışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər