13 C
Baku
Monday, March 10, 2025

PAŞA Kapital “Yaşıl” təyinatlı SOCAR istiqrazlarını uğurla yerləşdirdi!

®07.03.2025-ci il tarixində PAŞA Kapital İnvestisiya Şirkəti anderrayteri olduğu 200 milyon ABŞ dolları həcmində “yaşıl” təyinatlı SOCAR istiqrazlarının yerləşdirilməsini uğurla həyata keçirtdi. 

İnvestorlar tərəfindən böyük maraqla qarşılanan ölkə əhəmiyyətli layihə olan SOCAR istiqrazları üzrə ümumi sifariş məbləği 220 milyon ABŞ dolları təşkil edib. Bu sifarişlərin 148,514 milyon ABŞ dolları isə PAŞA Kapital tərəfindən yerləşdirilib.

Hərrac nəticələrinə əsasən fiziki şəxslərin xüsusi aktivliyi qeydə alınıb. Belə ki, dayanıqlı investisiya aləti olaraq yüksək etimadla qarşılanan SOCAR istiqrazları üzrə investor bölgüsünə əsasən: 

  • Ümumi investor sayı: 510 (20 hüquqi, 490 fiziki şəxs);
  • PAŞA Kapital vasitəsilə sifariş edən investor sayı: 38 (7 hüquqi, 31 fiziki şəxs).

Bundan əlavə, nominal dəyəri 1000 ABŞ dolları olan SOCAR istiqrazlarının hərrac nəticələrinə əsasən investorlar tərəfindən yerləşdirilmiş sifarişlərin ümumi həcm bölgüsü aşağıdakı kimidir: 

  • Fiziki şəxslər – 22,291,000.00 ABŞ dolları (11.15%);
  • Hüquqi şəxslər – 177,709,000.00 ABŞ dolları (88.85%).

Bu sifarişin 75%-ə yaxın hissəsi PAŞA Kapital vasitəsilə uğurla yerləşdirildiyini qeyd edən şirkətin direktoru Ceyhun Hacıyev “Yerli kapital bazarında ən irihəcmli korporativ istiqraz layihəsi olaraq SOCAR istiqrazları, qiymətli kağızlar bazarının inkişafına təkan verməklə yanaşı, həmçinin ölkəmizin yaşıl gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən layihələrin icrasına da töhfə verəcək. PAŞA Kapital komandası olaraq investorlar tərəfindən böyük maraq və tələb görən bu mühüm layihənin anderrayteri kimi çıxış etməkdən və korporativ istiqrazlar bazarında rekord göstərici ilə əldə etdiyimiz nəticədən böyük qürur duyuruq.”

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz. 

1 2 1 3 7 scaled

Son xəbərlər
Digər xəbərlər