11 C
Baku
Monday, December 23, 2024

“PAŞA Kapital”dan illik 15% gəlir qazandıran “Artım” istiqrazları!

®Ölkənin kapital bazarlarının inkişafında xüsusi rola sahib olan “PAŞA Kapital”, investorlar üçün misilsiz qazanc imkanları təklif edən yeni yüksək gəlirli “Artım” istiqrazlarına abunə yazılışı elan edir. 

“INTERNATIONAL” Bank Olmayan Kredit Təşkilatı tərəfindən buraxılan bu yüksək gəlirli istiqrazlar investorlar üçün sərfəli gəlir şərtləri ilə rəqabətli maliyyə imkanları yaradacaq.

İstiqrazların xüsusiyyətləri:

  • Nominal dəyər: 1000 AZN
  • İllik Gəlir Faizi: 15%
  • Ödəniş müddəti: Aylıq, rüblük və ya müddətin sonunda
  • Ümumi emissiya həcmi: 5 000 000 AZN
  • Müddət: 24 ayadək

Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək bu yerləşdirmə investorlara vergidən azad faizlər, müştəri seçiminə uyğun ödəniş variantları və rəqabətli faiz dərəcəsi kombinasiyası kimi imkanlar yaradır. 

Emissiyanın anderrayteri qismində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir. Bu investisiya imkanından faydalanmaq istəyən investorlar PAŞA Kapital vasitəsilə abunə yazılışına qoşula bilər.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər