4 C
Baku
Wednesday, March 12, 2025

“PAŞA Kapital”ın dəstəyi ilə “SOCAR”ın “yaşıl istiqraz”larının tədavülünə başlanıldı

®“PAŞA Kapital İnvestisiya Şirkəti”nin dəstəyi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon ABŞ dolları həcmində “yaşıl” istiqrazlarının uğurlu yerləşdirilməsi həyata keçirilib.

“Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı ilə təqdim edilən bu istiqrazlar bərpa olunan enerji mənbələrinin inkişafına və yeni “yaşıl” enerji layihələrinin dəstəklənməsinə yönəlib. İstiqrazlara investorlar tərəfindən böyük maraq göstərilib – 413 investor ümumilikdə 220 milyon ABŞ dolları dəyərində 548 sifariş təqdim edib. Əqdin anderrayteri qismində “PAŞA Kapital” çıxış edib.

1 7

İstiqrazların əsas göstəriciləri:

  • Ümumi istiqraz sayı: 200 000 ədəd
  • Nominallıq dəyəri: 1000 ABŞ dolları
  • Buraxılış həcmi: 200 milyon ABŞ dolları
  • İnvestor bölgüsü: 4% hüquqi şəxslər, 96% fiziki şəxslər

2 9

“Yaşıl istiqraz”ların tədavülünə başlanması münasibətilə keçirilən tədbirdə “PAŞA Kapital” Müşahidə Şurasının sədri Bəhruz Nağıyev çıxış edərək vurğulayıb ki, ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) “yaşıl” investisiyaların əhəmiyyətini daha da ön plana çıxarıb.

“”SOCAR”ın “yaşıl” istiqrazlarının buraxılması bu mühüm tədbirin məntiqi davamıdır və Azərbaycanda ekoloji dayanıqlığa yönəlmiş maliyyə həllərinin genişlənməsinə töhfə verir. Xüsusilə qeyd etmək istərdim ki, bu istiqrazlara böyük maraq göstərildi və fiziki şəxslərin aktiv iştirakı müşahidə olundu. Bu, həm emitentə olan yüksək etimadı, həm də ölkəmizdə fond bazarına artan marağı əks etdirir. Bu tendensiyanı nəzərə alaraq, gələcəkdə bu cür buraxılışların sayının artacağını və qiymətli kağızlar bazarının uzunmüddətli perspektivdə daha da sürətlə inkişaf edəcəyini əminliklə proqnozlaşdıra bilərik.

Bu uğur təkcə “SOCAR” və digər tərəfdaşlar üçün deyil, ümumilikdə Azərbaycan fond bazarı üçün böyük nailiyyətdir. İnanırıq ki, bu addım ölkəmizdə kapital bazarının inkişafına mühüm töhfə verəcək. “PAŞA Kapital” olaraq biz yeni emitentlərin buraxılışlarını dəstəkləməyə və bazarın inkişafına töhfə verməyə davam edəcəyik”, – deyə B. Nağıyev bildirib.

Son xəbərlər
Digər xəbərlər