5 C
Baku
Monday, December 30, 2024

“PAŞA Kapital”ın xalis mənfəəti 31 faiz artıb

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2023-cü ildə 3 milyon 484.22 min manat xalis mənfəət əldə edib. Bu da 2023-ci ildəki nəticədən 31 faiz yüksək nəticədir.

Banker.az bu barədə investisiya şirkətinin illik audit hesabatına istinadən xəbər verir. Auditi nüfuzlu “E&Y” audit şirkəti aparıb.

Hesabata əsasən, şirkət il ərzində 5 mln. 632.54 min manat qeyri-faiz və 927.1 min manat faiz gəliri əldə edib.

Şirkətin işçilər üzrə xərci 2 mln. 059.62 min manat təşkil edib. 2022-ci ildə bu xərc 1 mln. 195.86 min manat idi.

“PAŞA Kapital”ın 1 yanvar 2024-cü il tarixinə balansındakı bölüşdürülməmiş mənfəət 13 milyon 186.42 min manata çatıb.

“PAŞA Kapital”ın aktivlərinin həcmi son bir ildə 123.92 mln. manatdan 65.91 mln. manata düşüb. Bu əsasən avans ödənişlərlə bağlıdır. Belə ki, bu, investiya şirkətinin kassasında olan nağd vəsaitlərin azalması hesabına aktivlərə təsir etmiş olub.

 

Son xəbərlər
Digər xəbərlər