19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

“PAŞA Kapital”ın xalis mənfəəti üçqat böyüdü

Screen Shot 2021 09 02 at 14.34.20

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2020-ci ildə 2.78 milyon manat həcmində xalis mənfəət əldə edib.

Bu barədə Banker.az investisiya şirkətinin illik maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il ərzində 793 min manat hesablanmış effektiv faiz gəlirləri əldə etmişdir ki, bu da illik müqayisədə 59% artımdır. Borc alınmış vəsaitlər üzrə xərci 319 min manat, 4 min manata yaxın isə icarə öhdəliyi üzrə xərcləri olmuş və beləliklə xalis faiz gəliri 471 min manat olmuşdur (2019: 254 min manat).

“PAŞA Kapital” 2020-ci ildə haqq və komissiyadan 1.45 mln. manat, qiymətli kağızlar üzrə əməliyat gəliri 2.44 mln. manat olmaqla qeyri-faiz gəlirləri 3.89 mln. manata çatmışdır.

504 min manat işçi xərcləri, 333 min manat digər əməliyyat və administrativ xərclər etməklə ümumilikdə qeyri-faiz əməliyatları üzrə xərci 873 min manata yüksəlib.

Vergiyə qədərki mənfəəti 3.47 mln. manat olmaqla, buradan 689 min manat mənfəət vergisi xərci olmuşdur. Beləliklə, illik 2.78 mln. manat xalis mənfəət əldə edib. Bu da illik müqayisədə 3.3 dəfə artım deməkdir.

Bu xalis mənfəətdən sonra investisiya şirkətinin bölüşdürülməmiş mənfəəti 4.85 mln. manata yüksəlmişdir.

 

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər