Asəf Hüseynov “PAŞA Maliyyə Holdinqi”ndə yeni vəzifəyə təyin edilib.
Banker.az xəbər verir ki, Asəf Hüseynov PAŞA Maliyyə Holdinqinin İdarə Heyəti sədrinin müavini, Baş Maliyyə və Risk inzibatçısı təyin edilib.
O, 5 avqust 2025-ci il tarixindən “PAŞA Bank”ın Müşahidə Şurasının üzvüdür. 2023-cü ildən “PAŞA Sığorta” ASC-nin Direktorlar Şurasının üzvüdür.
Asəf Hüseynov 2021-ci ilin mayından 2026-cı ilin mart ayına kimi “PASHA Holding”in baş risk inzibatçısı olub.
Hüseynov Bakı Dövlət Universitetində “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr təhsilini 2005-ci ildə tamamlayıb. Peşəkar fəaliyyətinə 2006-cı ildə “AccessBank Azərbaycan”da aparıcı mütəxəssis kimi başlayan Hüseynov, 2009–2015-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında çalışaraq əvvəlcə bank qrupunun mütəxəssisi, daha sonra isə bank qrupunun rəhbəri vəzifələrində fəaliyyət göstərib.
2015–2019-cu illərdə “Unibank” ASC-də İdarə Heyətinin üzvü, sədr müavini və birinci sədr müavini vəzifələrini icra etmiş, 2016–2020-ci illərdə Bakı Fond Birjasının Müşahidə Şurasının üzvü olmuşdur. 2018–2019-cu illərdə Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərib. 2019–2021-ci illərdə “PAŞA Bank Gürcüstan”da Direktorlar Şurasının üzvü və baş risk inzibatçısı vəzifəsini icra edib.
Xatırladaq ki, 30 dekabr 2025-ci il tarixindən etibarən “PAŞA Holding”in yeni törəmə şirkəti olan “PAŞA Maliyyə Holding” fəaliyyətə başlayıb.







