“PAŞA Holding”in yeni törəmə şirkəti olan “PAŞA Maliyyə Holding”də yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, Ruslan Həsənov “PAŞA Maliyyə Holding”də Biznesin effektivliyinin idarə edilməsi üzrə direktor təyin edilib.
O, 2021-ci ildən “PAŞA Bank”ın Böyük Kredit Komitəsinin üzvüdür. “PASHA Holding” MMC-də 2025-ci ilin fevral ayından 2026-cı ilin mart ayına qədər Qrupun Korporativ Bankçılıq və Sığorta üzrə direktoru vəzifəsində çalışıb.
Ruslan Həsənov 2006–2010-cu illərdə Bakı Dövlət Universitetində İqtisadiyyat ixtisası üzrə (İqtisadi Kibernetika) bakalavr, 2011–2013-cü illərdə isə Lozanna Universitetində Maliyyə Mühəndisliyi və Risklərin İdarə Edilməsi ixtisası üzrə magistr təhsili alıb.






