“PASHA Holding”in törəmə şirkətidir “PAŞA Management Company” MMC-nin nizamnamə kapitalı kəskin artırılmaqla 5 milyon manatı keçib.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 2021-ci ildə 100 manat ilə təsis eilmişdi və yeni dəyişikliyə əsasən kapitalın həcmi 5 150 000 manat artırılmaqla 5 150 100 manata (5.15 mln. manat) həcminə qaldırılıb.
Xatırladaq ki, 2021-ci ildə təsis edilmiş “PAŞA Management Company” MMC Azərbaycanda aparıcı strateji idarəetmə şirkətidir. Şirkət Azərbaycan, Türkiyə, Gürcüstan və Monteneqroda yerləşən qeyri-maliyyə aktivlərindən ibarət geniş və çoxşaxəli biznes portfelini idarə edir.
Şirkətin strateji idarəetmə portfelinə qida məhsulları, lüks kateqoriyalı pərakəndə malları, hotel-restoran, inşaat, daşınmaz əmlak və mülkiyyətin idarə edilməsi, kənd təsərrüfatı, turizm, təhsil və əyləncə kimi bir çox sahələr daxildir. 1 yanvar 2025-ci il tarixi üçün qrup üzrə ümumi işçi sayı 12 500 nəfər olub.
“PAŞA Management Company” 4 əsas aktivlər qrupundan ibarət portfelin strateji idarəetməsini həyata keçirir: “PAŞA Real Estate”, “Bravo” (Azerbaijan Supermarket LLC), “Agro Dairy” və “PAŞA Ventures Group”.