PAŞA Real Estate Group-un tərkibində fəaliyyət göstərən PAŞA Property Management şirkəti, daşınmaz əmlak sahəsində ənənəvi yanaşmaları geridə qoyaraq, məkanları sadəcə funksional deyil, həm də insanların özlərini rahat, təhlükəsiz və dəyərli hiss etdiyi yaşam mühitinə çevirir.
Əmlak idarəçiliyi bir çoxları üçün ancaq borular, sayğaclar və texniki xidmət anlayışı ilə assosiasiya olunsa da, PAŞA Property Management bu çərçivədən kənara çıxaraq, həm yaşayış, həm də iş məkanlarını insanların yaşamaq, işləmək və yenidən qayıtmaq istədiyi komfortlu, dəyərli mühitə çevirməyi qarşısına məqsəd qoyub.
Hazırda şirkət ölkənin ən nüfuzlu layihələrini idarə edir. Onların sırasında Port Baku Residence, Knightsbridge Residence, Olympic Residence, Crescent Offices, Baku City Villas və Port Baku Towers kimi tanınmış ünvanlar yer alır. Bu məkanlar təkcə zərif memarlığı ilə deyil, həm də təklif etdiyi yüksək həyat keyfiyyəti ilə seçilir.
Şirkətin fəlsəfəsi isə sadədir: məkan yalnız divar və texnikadan ibarət deyil, o, insanları ruhlandırmalı, rahatlıq və xoş əhval bəxş etməlidir. Əsas məqsəd odur ki, insanlar işlədikləri ofislərdə belə, özlərini evlərindəki kimi rahat və təhlükəsiz hiss etsinlər. Bunun üçün şirkət hər layihəsində isti, mehriban və dinamik icma mühiti yaratmağa səy göstərir. Yazın gəlişi ilə təşkil olunan Novruz tədbirləri, terrasa yayılan canlı musiqi, uşaqlar üçün tematik bayramlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilərək sakinlər arasında ünsiyyəti və əlaqəni daha da güclənirir.
PAŞA Property Management-də müştəriyönümlülük yalnız bir anlayış deyil, gündəlik iş prinsipi, təcrübədir. Komanda sakinlər və icarəçilərlə daim ünsiyyətdə olur, onların rəy və təkliflərini diqqətlə dinləyir, ən xırda detallara belə önəm verir. Çünki bəzən fərqi yaradan məhz vaxtında dəyişdirilmiş bir lampa, mənzərəli ofis və ya hər səhər sizi gülümsəyərək salamlayan bir administrator ola bilər. Genişlənən portfeli və aydın strateji baxışı ilə PAŞA Property Management regionda daşınmaz əmlak idarəçiliyinə yeni yanaşma gətirir. Şirkət sübut edir ki, düşünülmüş və insan mərkəzli idarəçilik gündəlik həyatı daha xoş, məkanları isə daha mənalı edə bilər.
Daha ətraflı məlumat üçün pashaproperty.az