26 C
Baku
Wednesday, April 24, 2024

PAŞA Qrup Şirkətlərinin maliyyə dəstəyi ilə Azərbaycana cəlb edilən kubalı həkimlər daha 3 ay ölkəmizdə fəaliyyət göstərəcəklər

®2020-ci ilin iyul ayında PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətlərinin maliyyə dəstəyi ilə bütün dünyanı öz əsarətinə alan və vətəndaşlarımızın sağlamlığını risk altında saxlayan COVID-19 pandemiyasına qarşı mübarizə üçün Azərbaycana 115 kubalı tibb mütəxəssisi cəlb olunmuşdur.  Dünyada və ölkəmizdə ümumi epidemioloji vəziyyətin hələ də ağır olduğunu nəzərə alaraq, PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətləri sözügedən mütəxəssislərin Azərbaycanda daha 3 ay fəaliyyət göstərmələri məqsədilə xidmət haqqında müqaviləni uzadıb.  

Daha öncə qeyd olunduğu kimi, tibb mütəxəssisləri arasında epidemioloqlar, infeksionistlər və reanimatoloqlar var. PAŞA Qrup Şirkətləri və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müştərək fəaliyyəti nəticəsində ölkəmizə çatdırılan mütəxəssislər Kubada geniş yoluxucu xəstəliklərlə, xüsusilə Ebola virusu ilə mübarizədə geniş təcrübəyə və ümumilikdə səhiyyə və tibb sahəsində dərin biliklərə malikdirlər. Ölkəmizə gələn səhiyyə işçiləri pandemiyaya qarşı mübarizədə yerli həkimlərlə öz təcrübələrini bölüşməyə, bu virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarları ilə birlikdə çalışmağa davam edəcəklər.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər