2 C
Baku
Saturday, December 14, 2024

“PAŞA Sığorta” 316 milyon manat gəlir, 35 milyon manatlıq xalis mənfəət açıqladı

“PAŞA Sığorta” ASC 2023-cü ildə 35.49 milyon manat həcmində xalis mənfəət əldə etdiyini açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə sığorta şirkətinin illik maliyyə hesabatında qeyd edilir.

Hesabata görə, onun xalis mənfəəti illik müqayisədə 6.29 milyon manat və ya 21.5 faiz artıb.

Sığorta şirkəti bu nəticəyə cəmi gəlirlərini 49 faiz artırmaqla nail olub. Beləliklə, yola saldığımız 2023-cü ildə 315.8 milyon manat cəmi gəlir əldə edib.

Cəmi xərclərin həcmi 271.88 milyon manat olub.

Sığorta şirkəti ötən il xalis mənfəətindən dövlətə 8.43 milyon manat vergi ödəyib.

1 yanvar 2024-cü il tarixinə “PAŞA Sığorta” ASC-nin aktivlərinin həcmi illik 15.5 faiz artaraq 317.38 mln. manat, öhdəlikləri 18.6 faiz artaraq 231.88 mln. manata yüksəlib. Xalis mənfəətin ardından balansındakı bölüşdürülməmiş mənfəət 35.49 mln. manat olub.

211312312 a1 a2 a3 a4

 

Son xəbərlər
Digər xəbərlər