®Qeyri-həyat sığorta sektorunda bazar payına görə ölkənin lider sığorta şirkəti PAŞA Sığorta Azərbaycan idmanının inkişafına töhfəsini davam etdirərək bu dəfə basketbol sahəsinə dəstək göstərib. Şirkət yerli basketbolun kütləviliyinin artırılması, gənclərin idmana cəlb edilməsi və milli liqanın inkişafına dəstək məqsədilə Azərbaycan Basketbol Federasiyası ilə əmədaşlığa başlayıb.
Bu təşəbbüs idman infrastrukturunun gücləndirilməsinə, idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsinə və basketbolun daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
PAŞA Sığorta bundan sonra da idmanın müxtəlif növlərinin inkişafı, sağlam həyat tərzinin təşviqi və gənclərin potensialının artırılması istiqamətində layihələri dəstəkləməyi hədəfləyir.
PAŞA Sığorta şirkəti 2006-cı ildə fəaliyyətə başlayıb. PAŞA Qrupun üzvü olan PAŞA Sığorta 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.





