PAŞA Sığortanın ofisində İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, İdarə Heyətinin üzvü Aygün Ömərova və bir qrup əməkdaşın iştirakı ilə şahmatçı Ülviyyə Fətəliyeva ilə görüş təşkil olundu. Görüş zamanı PAŞA Sığorta heyəti Ülviyyə Fətəliyevanı qadınlar arasında ilk Avropa çempionu olması münasibətilə təbrik etdi.
Son zamanlar Azərbaycanın qadın şahmatının inkişafından məmnunluq duyduğunu bildirən Ü.Cabbarova bu sahədəki uğurların davamlı olacağına inandığını ifadə etdi. Həmçinin Ü.Cabbarova PAŞA Sığorta olaraq daxili şahmat çempionatları keçirdiklərini və həvəskar şahmatla məşğul olan əməkdaşları olduğunu qeyd etdi.
İdarə Heyətinin sədri PAŞA Sığorta adından şahmatçıya gələcək turnirlərdə uğurlar arzuladı və xatirə hədiyyəsi təqdim etdi. Çempion şahmatçı göstərilən diqqətə görə təşəkkür etdi.
Görüşün sonunda PAŞA Sığortanın həvəskar şahmatçısı Rəşad Səfərovla Ülviyyə Fətəliyeva arasında şahmat oyunu keçirildi.
Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta və yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.