“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs “PAŞA Sığorta” ASC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Azerspace-2” telekommunikasiya peykinin orbitdə sığortalanması xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 581 000 AZN təşkil edir.