19 C
Baku
Wednesday, October 2, 2024

PAŞA Sığorta Bakıdakı mənzillərin sığortalanması üçün hədiyyəli kampaniya elan edir!

®Müxtəlif kampaniyaları ilə müştərilərini sevindirməyə davam edən PAŞA Sığorta şirkəti bu dəfə “Yaşıl Bakı” əmlak sığortası üzrə hədiyyəli kampaniya təklif edir. 

Belə ki, 1 -31 oktyabr tarixlərini əhatə edən kampaniya çərçivəsində “Yaşıl Bakı” əmlak sığortasını əldə edən müştərilər seçdikləri paketlərə uyğun olaraq 50 AZN-dək alış-veriş kartı əldə edəcək. 

“Yaşıl Bakı” əmlak sığortası üzrə “Çinar” paketi əldə edənlər 30 AZN, “Cökə” paketi əldə edənlər 40 AZN, “Zeytun” paketi əldə edənlər və ya sığorta haqqı 200 AZN-dən yüksək olan müştərilər isə 50 AZN dəyərində alış-veriş kartı qazanacaqdır.  

Kampaniya şərtləri barədə ətraflı məlumat üçün https://cutt.ly/6eI2PljGlinkinə keçid edə bilərsiniz.

“Yaşıl Bakı” fərdi könüllü əmlak sığortasına müraciət üçün https://cutt.ly/QetwrlT5 linkinə keçid edə bilərsiniz.  Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram https://www.instagram.com/pasha_insurance/) səhifələri üzərindən müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Son xəbərlər
Digər xəbərlər