15 C
Baku
Friday, April 26, 2024

“PAŞA Sığorta” İKZF-nin əməkdaşlarını 2022-ci ilədək könüllü tibbi sığorta növü üzrə sığortalayıb

“PAŞA Sığorta” İKZF-nin əməkdaşlarını 2022-ci ilədək könüllü tibbi sığorta növü üzrə sığortalayıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) əməkdaşlarının könüllü tibbi sığortalanması üzrə sığortaçını seçib.

“Seçim açıq tender metodu ilə keçirilib. “PAŞA Sığorta” şirkəti tenderin qalibi elan edilib. Tenderin şərtlərinə görə, fondun əməkdaşlarının tibbi sığortalanması ilə bağlı xidmətlər 2019-2021-ci illəri əhatə etməlidir”, – deyə fonddan bildiriblər.

Tərəflər arasında 223,92 min manat dəyərində müqavilə bağlanıb.

“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” 2006-cı ilin iyul ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkət sığorta haqlarının yığım və ödəniş həcminə görə sığorta şirkətlərinin ilk üçlüyündə yer alır. “PAŞA Sığorta” 31 sığorta növü üzrə xidmət göstərir.

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 466 mln. manatdır.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

Şərtlərə görə, İKZF 30 min manatdan 3 mln. manatdək məbləğdə olan kreditlərə təminat verə bilər. Kreditin müddəti 7 ildən, kredit üzrə güzəşt dövrü isə 2 ildən çox ola bilməz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər